Bu gün “Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvləri, məşqçi və tibbi heyəti üçün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov tərəfindən antidopinq qaydaları üzrə vebinar keçirilib.
Sportal.az xəbər verir ki, iştirakçılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib. Seminar iştirakçılarına qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, eləcə də digər vacib məqamlar barədə geniş məlumat verilib.
İştirakçıların sualları AMADA nümayəndəsi tərəfindən ətraflı cavablandırılıb.
saytlarin hazirlanmasi