"Turan Tovuz" bu gün Antalyada iki yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi günün ilk matçında Macarıstanın "Şiofok" klubuna 0:2 hesabı ilə məğlub olub.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv günün ikinci görüşündə isə Özbəkistan təmsilçisi "Nasaf"la üz-üzə gəlib. Qarşılaşma "Turan Tovuz"un 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Turan Tovuz" Antalyada ilk hazırlıq ilk matçında Rumıniyanın “Voluntari” komandasına 0:2 hesabı ilə məğlub olmuşdu.
saytlarin hazirlanmasi