"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə "Kəpəz"ə 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi bu qarşılaşmada hakim idarəçiliyindən narazı qalıb. Bununla bağlı klubun rəsmi feysbuk səhifəsində paylaşım edilib:
"Uzun və çətin yola çıxmışıq. Alın tərimiz, əməyimiz, əziyətimiz var. Bu yolun keşməkeşli olacağını bilirik. Hakimliyin yolumuzda ən böyük maneə olmasını təəccüblə qarşılayırıq.
VAR niyə var? VAR-da ikili standart niyə var?!
Bizi yormayın! İmkan verin, təmiz futbolumuzu oynayaq!"
saytlarin hazirlanmasi