AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək “Turan Tovuz”un əsas komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb.
Sportal.az xəbər verir ki, komitə rəhbəri komanda üçün oyun qaydaları üzrə seminar keçib.
Seminarda oyun qaydalarındakı yeniliklər haqda məlumat verilib. B.Şimşək seminar iştirakçılarının oyun qaydaları ilə bağlı suallarını cavablandırıb. Seminarın sonunda müxtəlif oyunlarda seçilmiş epizodlar müzakirə olunub.
saytlarin hazirlanmasi