"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Zirə"nin qonağıdır.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu görüşdə ciddi itki ilə üzləşib. Tovuzluların qapıçısı Aydın Bayramov sıradan çıxıb.
28 yaşlı qolkiper rəqib oyunçu ilə mübarizə zamanı başından zərbə alıb. O, həkimlərin müdaxiləsindən sonra bir neçə dəqiqə meydanda qalıb. Bayramov daha sonra özünü narahat hiss etdiyi üçün Tərlan Əhmədli ilə əvəzlənib.
saytlarin hazirlanmasi