"Turan Tovuz"un 4 futbolçusu "Sabah"a qarşı oynamayacaq

19:53 - 5 Aprel 2024

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində doğma meydanda "Sabah"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu görüşə ciddi itkilərlə çıxacaq.

Hücumçu Luis Paçu cəzalı durumdadır. Yarımmüdafiəçilər Fərid Yusifli, AyxanQuseynov və Veysəl Rzayev isə zədəlidir.

Qeyd edək ki, "Turan Tovuz" - "Sabah" qarşılaşması sabah saat 16:00-da Tovuz şəhər stadionunda keçiriləcək.

Xəbər xətti