"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Müdafiəçi Roderik Millerlə yarımmüdafiəçi Veysəl Rzayev zədəlidir. Digər yarımmüdafiəçi Alexandro Serrani isə cəzalı durumdadır. İspan futbolçu 4-cü sarı vərəqə gördüyü üçün Qəbələdə komandasına kömək edə bilməyəcək.
Digər zədəli futbolçulardan Ayxan Quseynov artıq komanda ilə məşqlərə başlayıb. Fərid Yusiflinin oynayıb-oynamayacağı isə matç günü bəlli olacaq.
Qeyd edək ki. "Qəbələ" - "Turan Tovuz" qarşılaşması 13 aprel tarixində saat 16:30-da start götürəcək.
saytlarin hazirlanmasi