UEFA stadion inspektoru Nebojsa İvkoviç və AFFA nümayəndəsi Tovuz şəhər stadionunda olublar.
Sportal.az xəbər verir ki, 4 saatdan çox çəkən baxışdan sonra serbiyalı funksioner stadionun müvafiq kateqoriyaya yiyələnməsi üçün UEFA-nın tələblərini çatdırıb, tapşırıq və tövsiyələrini verib.
Onun iştirakı ilə keçirilən iclasda stadionun müasir standartlara cavab verməsi üçün görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.
Qeyd edək ki, "Turan Tovuz" Premyer Liqada 30 turdan sonra 42 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Qərb bölgəsi təmsilçisinin avrokuboklarda iştirak etmək şansı var.
saytlarin hazirlanmasi