"Turan Tovuz" "Zirə" ilə matça itkilərlə çıxacaq

19:29 - 2 May 2024

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 33-cü turunda doğma meydanda "Zirə"ni qəbul edəcək.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi oyuna iki itki ilə çıxacaq.

Müdafiəçi Bruno Qonçalves cəzalı durumdadır. Braziliyalı futbolçu 32-ci turun "Neftçi" ilə matçında qırmızı vərəqə görüb. Digər mdafiəçi Roderik Miller isə zədəlidir.

Qeyd edək ki, "Turan Tovuz" - "Zirə" qarşılaşması 5 aprel tarixində saat 16:30-da Tovuz şəhər stadionunda baş tutacaq.

Xəbər xətti