"Turan Tovuz"un 2 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq

11:54 - 11 May 2024

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Araz-Naxçıvan"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Tovuzluların müdafiəçiləri Roderik Miller və Bruno Qonçavles komandaya kömək edə bilməyəcək. Hər iki futbolçu qırmızı vərəqə aldığı üçün cəzalı durumdadır.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Turan Tovuz" qarşılaşması bu gün saat 17:00-da baş tutacaq.

Xəbər xətti