"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinin qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq.
Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi yoxlama görüşləri çərçivəsində 8 iyun Kipr, 11 iyun tarixində isə Ukrayna ilə keçiriləcək oyunlar üçün Moldova millisinə dəvət alıb.
Qeyd edək ki, Denis Marandiçi 2023-cü ilin yanvar ayından "Turan Tovuz"da çıxış edir. Sol cinah müdafiəçisi bu mövsüm qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi