“Turan Tovuz” klubu baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Ayxan Abbasov 2022-ci ilin yayından "Turan Tovuz"u çalışdırırdı. Qərb bölgəsi təmsilçisi bu mövsüm Premyer Liqanı 48 xalla 6-cı pillədə başa vurub.
saytlarin hazirlanmasi