"Mətbuatdan eşitdim, sonradan bildim ki, "Turan Tovuz" Ayxan Abbasovla yollarını ayırıb. Bilirsiz, bunun düzgün addım olub-olmadığını deməyim də doğru olmazdı. Yəqin ki, rəhbərliklə məşqçi arasında söhbətlər olur. Həmin mövzu haqda da heç bir bilgimiz yoxdur. Bu mənada, məsələ haqda nəsə deməyim düzgün deyil. Amma belə başa düşdüm ki, rəhbərliklə baş məşqçi arasında olan danışıqlarda razılıq baş tutmayıb".
Bu sözləri Sportal.az saytına açıqlamasında azərbaycanlı futbol məşqçisi, "Neftçi" ilə yanaşı "Turan"da da oynamış Hüseyn Məhəmmədov deyib.
O, "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasovla yollarını ayırmasına münasibət bildirib. Məhəmmədovun fikrincə, Qərb təmsilçisinin avrokuboklara yollanmaması bu ayrılığın səbəblərindən deyil:
"Komandanın avrokuboklara düşmək şansları var idi. Hər halda, Ayxan Abbasov da istəyərdi ki, komandası avrokuboklara yollansın, nəticə etsin. Futbolda belə hallar olur. Yaxşı nəticələr də var, pis nəticələr də, futboldur da. Son turlarda müəyyən futbolçularının yoxluğu, komandanın oyuna tam hazır olmaması, çox şey demək mümkündür. Onlar da avrokuboklara düşmək istəyərdilər. Sadəcə son matçlarda komandada nəsə çatışmadı ki, avrokuboklara yollana bilmədilər. İnanmıram ki, Ayxan Abbasovun gedişi "Turan Tovuz"un avrokuboklara düşməməsi ilə bağlı olsun. Belə yanaşmanın olduğuna inanmıram. Qısa müddətdə “Turan Tovuz” rəhbərliyinin yaxşı addımlar atdığını görürük. Tovuz və ümumilikdə Azərbaycan futbolunun inkişafı üçün əllərindən gələni edirlər. Abbasovu hansı məşqçinin əvəzləyəcəyinə gəlincə....Düzgün olmazdı ki, deyim filan məşqçini gətirsələr yaxşı olacaq, o birini gətirsələr pis. Rəhbərlik analiz edəcək, fikirləşəcək, götür-qoy edərək qərar verəcəklər".
Mirbağırağa
saytlarin hazirlanmasi