"Turan Tovuz"un baş məşqçi postuna daha bir namizəd bəlli oldu

12:17 - 2 İyun 2024

"Turan Tovuz" Ayxan Abbasovun gedişindən sonra baş məşqçi postuna axtarışlarını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, Tovuz təmsilçisinin namizədləri arasında bir neçə mütəxəssisin adı var.

Onlardan biri də Mahmud Qurbanovdur. 

"Turan Tovuz" rəhbərliyinin siyahıda yer alan mütəxəssislər arasında yaxın vaxtlarda seçim edəcəyi və qəti qərarını verəcəyi bildirilir.

Azərbaycan millisinin veteran futbolçusu son olaraq Premyer Liqada "Səbail"i çalışdırıb.

Xəbər xətti