"Argentinos Xuniors"da oynamış futbolçu Azərbaycan klubuna keçməyə yaxındır

15:17 - 4 İyun 2024

"Voluntari"nin futbolçusu Patrisio Matrikardi karyerasını Azərbaycanda davam etdirməyə çox yaxındır. 

Sportal.az saytına verilən məlumata görə, Rumıniya klubunun argentinalı futbolçusu Azərbaycan Premyer Liqasının klublarının transfer siyahısında yer alıb.

Həmin klublardan biri “Turan Tovuz”dur. Bölgə klubunun yeni mövsüm üçün argenntinalını heyətinə qatmağı planlaşdırdığı bildirilir.

Hazırda danışıqların ilkin mərhələsidir. "Argentinos Xuniors”un sabiq üzvü, “San Martin”, “Ximnasiya Esqrima”, “Asteras”(Tripoli), “Rotor”(Volqoqrad”), “Hermanşdat”, “Qaz Metan” klublarında çıxış edib.

Xəbər xətti