"Turan Tovuz"un forvardı Aleks De Souza Sportal.az saytına açıqlama verib. O, yoluna bölgə klubunda davam etməsi ilə bağlı danışıb:
"Bəli, “Turan Tovuz”la müqavilə müddətini artırdıq. Buna görə də şadam. Düzü, digər klublar, digər təkliflər haqda düşünmürdüm də. Çünki mənim hazırkı komandamla müqaviləm qüvvədə idi. Ona görə də, bütün fikrim “Turan Tovuz”la bağlıdır".
Braziliyalı forvard komandasının başa çatan mövsümdəki performansını dəyərləndirib: "Yaxşı mövsüm keçirdik. Avropa Liqasına vəsiqə qazanacaq gücdəydik. Amma təəssüf ki, bunu reallaşdıra bilmədik, kənarda qaldıq".
O, Ayxan Abbasovun ayrılığına şərh vermək istəməyib: “Düzü, mən təəccübləndim. Amma bu, mənim işim deyil. Ayxan Abbasova uğurlar arzulayıram. O, əla insandır. Klubda da məni çox yaxşı qarşıladı. İnanıram ki, özünə komanda tapacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi