"Turan Tovuz" Emmanuel Hakmanla müqavilə müddətini artırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, toqolu müdafiəçi 2024/2025 mövsümünün sonuna qədər bölgə klubuna məxsus olacaq.
Hakman ötən mövsümün əvvəlindən "Turan Tovuz"da oynayır. Klub Şəhriyar Əliyev və Aleks Souza ilə də müqavilə müddətini artırıb.
saytlarin hazirlanmasi