Rusiya klubunun prezidenti: "Kurban Berdıyev "Turan Tovuz" rəhbərliyi ilə çoxdan razılaşmışdı"

15:34 - 23 İyun 2024

Mahaçqalanın “Dinamo” klubunun prezidenti Hacı Hacıyev komandanın sabiq müşaviri Kurban Berdıyevin “Turan Tovuz”un təklifini qəbul etmək qərarından danışıb.

Sportal.az xəbər verir ki, “Matç TV”yə danışan klub rəhbəri təcrübəli mütəxəssisin "Dinamo"dan ayrılmağını belə şərh edib:

"Kurban Bekieviç “Turan Tovuz” rəhbərliyi ilə çoxdan razılaşmışdı. Lakin buna baxmayaraq, bizimlə işləməyə davam edirdi. O, artıq məşqçilər və klub rəhbərliyi ilə görüşmək üçün Azərbaycana uçub və iyunun 24-də futbolçularla işə başlayacaq. Düşünürəm ki, Berdıyev başqa klubdan gələn təklifi qəbul etməklə düzgün addım atıb. Gərək vidalaşmağı da bacarasan, ya da futbol çevrələrində necə deyərlər, uduzmağı da bacarmalısan. Berdıyev “Dinamo”da əla iş gördü, amma mən ən çox onun regionda futbolun inkişafı üçün gördüyü işləri yüksək qiymətləndirdim”.

Xəbər xətti