"Sumqayıt"ın avrokuboklardakı matçının tarixi dəyişdirildi

12:13 - 24 İyun 2024

"Sumqayıt"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində üz-üzə gələcəyi "Fehervar"la cavab qarşılaşmasının keçirilmə tarixi dəyişdirilib.

Sportal.az xəbər verir ki, UEFA-nın qərarına əsasən oyun nəzərdə tutulduğu kimi 1 avqust tarixində deyil 31 iyulda keçiriləcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, cütün ilk oyunu iyulun 25-də Azərbaycanda baş tutacaq

Xəbər xətti