BBC "Qarabağ"ın hücumçusundan yazdı: "O, diqqət mərkəzində olacaq"

14:18 - 26 Sentyabr 2024

İngiltərə mətbuatı Avropa Liqasının əsas mərhələsinin cari püşkatmasında izləməyə dəyər futbolçuları müəyyən ediblər.

Sportal.az xəbər verir ki, BBC siyahıdakı 12 futbolçu sırasına “Qarabağ”ın braziliyalı hücumçusu Juninyonun adını da daxil edib: 

"Ötən mövsüm 31, o cümlədən Avropa Liqasında 5 qol vuran braziliyalı hücumçu “Qarabağ”ın heyətində diqqət mərkəzində olacaq. O, Çempionlar Liqasının seçmə mərhələsində 6 qol vuraraq bu mövsümə effektiv başlayıb".

Nüfuzlu Britaniya nəşrinin siyahısında Juninyodan başqa, Niko Uilyams (“Atletik”, İspaniya), Jordan Henderson (“Ayaks”, Niderland), Martin Zubimende (“Real Sosyedad”, İspaniya), Aleksandr Lakazett (“Lion”, Fransa), Edin Dzeko (“Fənərbaxça”), Çiro İmmobilenin (“Beşiktaş”) də adı qeyd olunub.

Xəbər xətti