Sabiq "Barselona"lı Rusiya klubu ilə anlaşdı

10:40 - 25 Sentyabr 2024

Miralem Pyaniç karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, bosniyalı yarımmüdafiəçi ÇSKA ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

34 yaşlı futbolçu artıq Rusiyadadır. Təcrübəli oyunçu bu gün Moskva təmsilçisi ilə 1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Yuventus" və "Barselona"da çıxış etmiş Miralem Pyaniçin son klubu Birləşmiş Ərəb Əmirliklərində "Əl-Şarja" olub.

Xəbər xətti