"Fənərbaxça" və "Beşiktaş"ın sabiq futbolçusu Gökhan Gönül baş məşqçi təyin olunub.
Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis Türkiyə U-21 milli komandasını çalışdıracaq. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
O, daha əvvəl U-21 yığmasında köməkçi məşqçi kimi çalışıb.
Qeyd edək ki, Gökhan Gönül futbolçu karyerası zamanı Türkiyə millisinin heyətində keçirdiyi 66 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi