"Real"da Mbappe şoku: "Atletiko" ilə oyunu buraxa bilər

12:38 - 25 Sentyabr 2024

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kilian Mbappe sıradan çıxıb. Fransalı forvard La Liqanın 7-ci turunun "Alaves"lə matçında (3:2) ayaq əzələsində ağrı hiss etdiyi üçün əvəzlənib.

25 yaşlı futbolçunun durumuna tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.

Mbappe 29 sentyabr tarixində "Atletiko" ilə keçiriləcək La Liqa matçını buraxa bilər.

Xəbər xətti