"Fənərbaxça"nın forvardını "Zenit" istəyir

17:46 - 25 Sentyabr 2024

Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko Rusiyada oynaya bilər.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu “Zenit”dən təklif alıb.

Ruslar artıq təcrübəli futbolçunun meneceri ilə danışıqlara başlayıb.

O, karyerası ərzində “Volfsburq”, “Mançester Siti”, “Roma”, “İnter” klublarında oynayıb və 2023-cü ildə “Fənərbaxça”ya keçib. Dzekonun Türkiyə klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti