Rahil Məmmədov oynadı, komandası Polşa kubokunda mərhələ adladı - VİDEO

13:34 - 26 Sentyabr 2024

Polşada ölkə kubokunun 1/32 final mərhələsinin bir sıra oyunları baş tutub. 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” səfərdə “Qornik” (Zabrze) ilə qarşılaşıb. 

Görüşün əsas vaxtı heç-heçə başa çatıb. Əlavə vaxtda isə “Radomyak” 1:0 qalib gəlib.

Rahil Məmmədov 120 dəqiqə oynayıb. Qələbə "Radomyak"ı 1/16 finala çıxarıb.

Xəbər xətti