Yunanıstan klubu "Sabah"a rəqib oldu

09:33 - 27 Sentyabr 2024

Basketbol üzrə Avropa kubokunun qrup mərhələsində “Sabah”ın daha bir rəqibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, “Peja” (Kosovo) və “Marussi” (Yunanıstan) klubları seçmə mərhələsinin cavab matçına çıxıb.Kosovoda keçirilən görüş Yunanıstan komandasının 106:81 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, ilk oyunda da yunanlar qalib gəlmişdi. (98:75).

Beləliklə, “Marussi” “Sabah”ın “Europe Cup”da də rəqibi olub. “Bayquşlar”ın digər rəqibi isə daha əvvəl müəyyənləşən “Nörçöppinq Delfins” idi.

Xəbər xətti