"Çelsi" transferdə "Real"a rəqib oldu

18:25 - 26 Sentyabr 2024

"Leypziq"in müdafiəçisi Kastelyo Lukeba karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London klubu 21 yaşlı mərkəz müdafiəçisi üçün qışda Almaniya klubu ilə danışıqlara başlayacaq. Fransa U-21 millisinin üzvü ilə "Real" da maraqlanır.

Qeyd edək ki, "Leypziq" Kastelyo Lukebanı ötən ilin yayında "lion"dan transfer edib. Gənc oyunçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 5 rəsmi matçda iştirak edib.

Xəbər xətti