Şesnı "Barselona"ya keçir: "Danışıqlar davam edir"

11:46 - 26 Sentyabr 2024

Polşalı qolkiper Voytsex Şesnı karyerasını bərpa etmək və “Barselona”ya keçmək üçün klub nümayəndələri ilə danışıqlar apardığını təsdiqləyib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, təcrübəli qolkiper Kataloniyaya köçmək haqda düşündüyünü söyləyib:

"Həqiqətən, mən "Barselona" ilə danışıqlar aparıram. Kataloniyaya köçmək ehtimalım var. Hörmətimə görə, dünyanın ən yaxşı klublarından birinin variantını nəzərdən keçirməyə məcbur oldum. Hələ ki, danışıqlar davam edir".

Xatırladaq ki, Şesnı “Yuventus”la müqaviləsi başa çatdıqdan sonra karyerasını başa vurduğunu açıqlamışdı. 34 yaşlı qolkiper “Arsenal”, “Brentford”, “Roma”, “Yuventus”da çıxış edib.

Xəbər xətti