"Qarabağ"ın rəqibi "Porto"nu məğlub etdi

23:46 - 25 Sentyabr 2024

Avropa Liqasında əsas mərhələnin ilk oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın rəqiblərindən olan "Bodo-Qlimt" evdə "Porto" ilə qarşılaşıb.

Matç Norveç klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" sabah "Tottenhem"lə qarşılaşacaq. Görüşə Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Xəbər xətti