"Arsenal" "Yuventus"un hücumçusunu transfer etmək istəyir

13:04 - 25 Sentyabr 2024

"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Yuventus"da çıxış edən Duşan Vlahoviçi transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Arsenal" serbiyalı futbolçunu növbəti yay transfer pəncərəsi zamanı rənglərinə bağlamağa çalışacaq.

Qeyd edək ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer edib. 24 yaşlı forvard bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti