Məşhur futbolçudan gözlənilməz qərar: Karyerasını başa vurur

10:59 - 25 Sentyabr 2024

İtaliyanın "Komo" klubunun müdafiəçisi Rafael Varan gözlənilməz qərar verib.

Sportal.az xəbər verir ki, fransalı futbolçu peşəkar karyerasını başa vurur. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

31 yaşlı mərkəz müdafiəçisi bir müddət əvvəl ağır zədə aldığı üçün belə qərara gəlib. Təcrübəli oyunçu artıq A Seriyası təmsilçisi ilə müqavilənin ləğv edilməsi barədə danışıqlar aparır.

Qeyd edək ki, Rafael Varan mövsümün əvvəlində "Mançester Yunayted"dən ayrılıb "Komo" ilə 2 illik müqavilə imzalamışdı.

Xəbər xətti