"Dinamo"nun forvardı: "Azərbaycana gediş-gəlişin çətin olacağını deyə bilmərəm"

11:34 - 26 Sentyabr 2024

Belarus “Dinamo” klubunun(Minsk) nigeriyalı hücumçusu Stiven Alfred komandasının bu mövsüm Konfrans Liqasının əsas mərhələsinin ev oyunlarını Azərbaycanda keçirməsi haqda danışıb.

Sportal.az "bel.futbol" portalına istinadən xəbər verir ki, afrikalı forvard ev oyunları üçün Azərbaycana uçmağın onlara yorğunçuluq gətirməyəcəyini deyib:

"Azərbaycana gediş-gəlişin çətin olacağını deyə bilmərəm. Bəli, gediş-gəliş, uçmaq vaxt tələb edir. Lakin bərpa üçün həmişə vaxtımız olur. Düşünürəm ki, biz bunun öhdəsindən gələ bilərik. Yayda bütün bunlardan keçdik və bəli, bəzən yol çox uzun çəkdi. Beləliklə, bizim artıq təcrübəmiz var və ümid edirəm ki, hətta uzun uçuşlardan sonra da nəticə göstərəcəyik".

Xatırladırıq ki, Belarus çempionu ev oyunlarını Sumqayıtdakı Mehti Hüseynzadə adına stadionda keçirəcək. Bu arenada onlar “Kopenhagen” (Danimarka), “Larne” (Şimali İrlandiya) və “Harts”ı (Şotlandiya) qəbul edəcək.

Xəbər xətti