"Tottenhem" – "Qarabağ": Doqquz il əvvəlki matçdan komandada kimlər qalıb? - FOTOLAR

14:52 - 26 Sentyabr 2024

Bu gün “Qarabağ” Avropa Liqasında yeni sezonun ilk oyununa çıxacaq. Azərbaycan çempionu yeni formatda keçiriləcək turnirdə ilk görüşünü “Tottenhem”ə qarşı keçirəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk dəfə deyil ki, London təmsilçisi ilə qarşılaşır. Belə ki, 2015-ci idlə “Qarabağ” “Tottenhem”ə qarşı səfərdə oynayıb, rəqibinə 1:3 hesabı ilə məğlub olmuşdu. Həmin qarşılaşmada Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirməklə hesabı açmışdı. Sonradan isə Son Hin Min və Erik Lamela "Tottenhem"in qollarını vuraraq İngiltərə klubuna 3:1 hesablı qələbə qazandırmışdı. Həmin oyunda qollardan birinin müəllifi Erik Lamela AEK-də çıxış edir. Sportal.az həmin görüşdən indiyə qədər hansı futbolçuların hələ də komanda olduğunu təqdim edir:

Son Hın-Min 

2015-ci ildə "Bayer"dən "Tottenhem"ə keçmiş cənubi koreyalı İngiltərə klubunun heyətində avrokuboklarda ilk qollarını "Qarabağ"la görüşdə vurmuşdu. Belə ki, "Qarabağ" bu görüşdə hesabı açdıqdan sonra 28-ci və 30-cu dəqiqələrdə dubl etmişdi.


 

Ben Davies

Həmin görüşdə iştirak ərizəsinə düşən iki futbolçu var ki, onlardan biri Sondur, digəri isə Ben Deyvis. Uelsli futbolçu 2014-cü ildə “Suonsi”dən “Tottenhem”ə keçmişdi. Həmin vaxtı meydana çıxmasa da, bu gün onun oynayacağı gözlənilir.

Bədavi Hüseynov

2015-ci ildə “Tottenhem”ə qarşı oynamış və hazırda da komandada qalan futbolçudan biri Bədavidir. Uzun illərdir ki, həm millimizdə, həm də “Qarabağ”da oynayan Hüseynov sona qədər meydanda olmuşdu. İndi də Ağdam klubunun aparıcı üzvü olan Bədavinin bu gün Londonda keçiriləcək matçın start heyətində olacağı gözlənilir.

Riçard Almeyda

Braziliyalı futbolçu vaxtı lə “Qarbaağ”ın aparıcı üzvü olsa da, hazırda əsasən daxili matçlarda meydana çıxır. Amma Almeyda da 2015-ci ildəki görüşdən bu yana komandada qalan iki futbolçudan biridir. Ehtiyac olacağı təqdirdə, Riçardın da bu gün meydana buraxıla bilər.

Mirbağırağa

Xəbər xətti