Mario Balotelli ÇSKA ilə anlaşdı

14:22 - 27 Sentyabr 2024

İtaliya millisinin sabiq forvardı Mario Balotelli Bolqarıstanda oynaya bilər.

Sportal.az “topsport.bg” portalına istinadən xəbər verir ki, təcrübəli hücumçu ÇSKA(Sofiya) klubu ilə anlaşmaq üzrədir.

Hazırda azad agent statusunda olan 34 yaşlı futbolçu Sofiyaya yollanıb. Balotelli əvvəllər “İnter”, “Milan”, “Breşiya”, “Montsa”, “Mançester Siti”, “Liverpul”, “Nitsa”, “Marsel” və “Sion” klublarında oynayıb.

Ötən yay o, Türkiyə klubundan ayrıldıqdan sonra azad agentdir. 

Xəbər xətti