"Neftçi"dən ayrılan: “Argentinaya qayıtmalıydım, amma bu yarışı nə vaxt görəcəyimi bilmirdim"

15:56 - 25 Sentyabr 2024

“Neftçi” ilə yollarını ayıran Lukas Melano Formula 1 Azərbaycan Qran Prisinin onun planlarını necə dəyişdiyindən danışıb. 

Sportal.az xəbər verir ki, “Vi Pais”ə danışan argentinalı bunları deyib:

"Bakı mərhələsinə baxmağı planlaşdırırdım. Çünki bir daha Formula 1 yarışını nə vaxt görəcəyimi bilmirdim. Bununla belə, mən bilet almamışdım. Artıq “Neftçi”dən ayrıldığım üçün Argentinaya qayıtmalıydım. Amma Franko Kolapintonun yarışda iştirak etdiyini biləndə, bu imkanı qaçırmaq mümkün deyildi. Dostlarla Argentina bayraqları və formaları ilə tribunalara, daha sonra mətbuat konfransı da iştirak etdiyi yerə getdik. Hər şey bitəndən sonra pilotların qaldığı otelə getdik və köynəklərimizi saxlayaraq, özümüzü qonaq kimi göstərdik. Terasda idik və hamının keçdiyi pilləkənlərə baxdıq. İlk olaraq Hamiltonu gördük. Daha sonra Franko gələndə köynəklərimizi geyindik və növbədə birinci olduq. Bir az danışdıq, aldığımız Argentina və “Vilyams” köynəklərini imzaladı, daha sonra otağına keçdi".

Qeyd edək ki, ötən mövsümün əvvəlində "Neftçi"yə transfer olmuş forvard özünü göstərə bilmədiyi üçün bu yay komandadan göndərilib.

Mirbağırağa

Xəbər xətti