"Yuventus" Belçika millisinin üzvü ilə müqavilə imzaladı

20:57 - 26 Sentyabr 2024

İtaliyanın "Yuventus" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi Samuel Mbanqulanın sözləşməsinin mnüddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçika U-21 millisinin üzvü 2028-ci ilin yayına kimi A Seriyası təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, "Yuventus" Samuel Mbanqulanı 2020-ci ildə "Anderlext" akademiyasından transfer edib. 20 yaşlı futbolçu bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti