Adil Şükürov "Səbail"i çalışdıracaq? - özü açıqladı

18:22 - 25 Sentyabr 2024

"Hazırda heç bir təklif  yoxdur. İndi əsas işim  çalışdığım dönəmi təhlil edib, daha yaxşı işlər  görmək üçün nəyi, necə dəyişmək lazım  olduğunu özüm üçün müəyyənləşdirməkdir. Biz  məşqçiyik  və təbii ki, təklif gözləyirik. Əgər bu  işdəyiksə daim yeniliklərə hazır olmalıyıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında Adil Şükürov deyib. Azərbaycanlı futbol məşqçisi adının “Səbail”lə hallanmasına münasibət bildirib:

"Bu cür əsassız  məlumatların yayılması məni çox  üzdü. Heç vaxt işləmək xətrinə kiminsə işsiz  qalmasını istəməmişəm və bu da mənim təbiətimə  xas deyil. Şahin müəllim komandanın baş məşqçisidir  və klub da Şahin müəllimlə yoluna davam edir".

Təcrübəli mütəxəssis bu mövsüm Misli Premyer Liqasındakı mübarizədən də danışıb: "Bu il çempionat daha ağır olacaq. Çünki fikir  verirəm, əksər komandalar heyətlərinin 70-80  faizin  saxlayıb və gücləndirib. Bu da mübarizənin gərgin  olacağı anlamına gəlir. “Qarabağ” üçüncü dövrədə çempion olmayacaq".

Mirbağırağa
 

Xəbər xətti