"Şəfa"nın "Şimal" üzərində qələbəsi - VİDEO

13:55 - 25 Sentyabr 2024

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 4-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "Şimal" öz meydanında "Şəfa"nı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 10-a yüksəldən "Şəfa" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 6 xalı olan "Şimal" isə 6-cı yerdədir.

"Şimal" - "Şəfa" 0:2

Qollar: E.Əskərli, 10, A. Paşayev, 18

Xəbər xətti