I Liqa və II Liqada “Ayın qolu” seçiləcək

11:52 - 25 Sentyabr 2024

Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsinə I Liqa və II Liqada da start verilir. 

Sportal.az xəbər verir ki, ilk qaliblər sentyabr ayında vurulan qollar əsasında seçiləcək.

PFL tərəfindən hər liqada ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.

I Liqada “Ayın qolu”nun müəllifi 500 AZN qazanacaq. II Liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 AZN mükafat əldə edəcək.

Xəbər xətti