Ulduz futbolçudan gözlənilməz qərar: Misir klubuna keçir

20:30 - 27 Sentyabr 2024

"Sevilya"dan ayrılan Serxio Ramos karyerasını Misirdə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Zamalek" ispan müdafiəçini transfer etmək istəyir. Bu barədə klubun İdarə Heyətinin üzvü Ali Hişam Nasr yerli mətbuata açıqlamasında məlumat verib.

Klub rəsmisi azad agent statusunda olan 38 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlar apardıqlarını bildirib.

Qeyd edək ki, Serxio Ramos karyerası ərzində "Sevilya" ilə yanaşı, "Real" və PSJ-nin də formasını geyinib.

Xəbər xətti