"Sevilya"dan baş məşqçi ilə bağlı qərar

14:40 - 25 Sentyabr 2024

İspaniyanın "Sevilya" klubu baş məşqçi Qarsiya Pimienta ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi ispan mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı məşqçinin müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi uzadılıb.

Qeyd edək ki, Qarsiya Pimienta mövsümün əvvəlində "Sevilya"nın baş məşqçisi təyin olunub. Komanda ölkə çempionatında 7 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Xəbər xətti