"Mançester Yunayted" İngiltərə millisinin üzvünü transfer etmək istəyir

16:56 - 27 Sentyabr 2024

"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Everton"da çıxış edən Cerred Brantueytdir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Yunayted" ingilis müdafiəçi üçün növbəti transfer pəncərəsi zamanı onun klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Everton" Cerred Brantueyti 2020-ci ilin yanvar ayında "Karlayl Yunayted"dən transfer edib. İngiltərə millisinin üzvü olan 22 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində rəsmi oyunlarda iştirak etməyib.

Xəbər xətti