PSJ-nin qapıçısı Qətərə gedir

19:47 - 25 Sentyabr 2024

PSJ-nin sabiq qapıçısı Serxio Riko karyerasını "Əl-Qarafa"da davam etdirəcək. 

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, qolkiper yaxın vaxtlarda Qətər klubu ilə müqavilə imzalayacaq. 

Tərəflər arasında razılıq əldə olunub. Əlavə edək ki, Xoselu və Rodriqo kimi futbolçular da “Əl-Qarafa”da çıxış edir. Xatırladaq ki, Riko daha əvvəl beyin anevrizmasından müalicə olunmuşdu.

O, əvvəllər “Sevilya”, “Fulhem”, PSJ, “Malyorka” komandalarının qapısını qoruyub.
 

Xəbər xətti