"Karvan"dan ardıcıl 3-cü qələbə - VİDEO

21:16 - 26 Sentyabr 2024

1-ci Liqada 3-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bu gün "Karvan" doğma meydanda "Baku Sportinq"i qəbul edib. Qarşılaşma Yevlax təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

3 turdan sonra maksimum nəticə göstərən "Karvan" turnir cədvəlinin zirvəsində qərarlaşıb. 4 xalı olan "Baku Sportinq" isə 5-ci yerdədir.

"Karvan" - "Baku Sportinq" 3:1
Qollar: 
E.Morqan, 45+3, B.Teymurov, 46, E.Qasımov, 85 (pen) - E.Valiiev, 67

Xəbər xətti