"Liverpul" "Real"ın iki futbolçusunu istəyir

15:47 - 28 Sentyabr 2024

"Liverpul" bu yay "Real"ın iki futbolçusunu transfer etmək istəyib.

Sportal.az “TBR Football”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Rodriqo və Orelan Tçuamenini heyətinə qatmaq niyyətində olub.

Lakin "kral klubu" bu iki futbolçu üçün gələn təklifdən imtina edib.

Buna baxmayaraq, "Liverpul" Rodriqonu qışda transfer etmək üçün danışıqlara davam edəcək.
 

Xəbər xətti