"Bavariya" həmişə favoritdir"

14:46 - 28 Sentyabr 2024

"Bavariya"nın baş məşqçisi Vinsent Kompani Almaniya Bundesliqasının 5-ci turunun "Bayer"(Leverkuzen) komandası ilə keçiriləcək oyunu ilə bağlı gözləntilərini bölüşüb. 

Sportal.az xəbər verir ki, belçikalı bu gün baş tutacaq oyun haqda klubun rəsmi saytına bunları deyib:

"Hər kəs bu oyunu səbirsizliklə gözləyir. Təbii ki, bu, son 12 ayın ən yaxşı komandasına qarşı vacib matç olacaq. Biz bunu səbirsizliklə gözləyirik. Həmişə asan olmayacaq. “Alyanz Arena”da güclü rəqiblə mübarizə aparmaq istəyirik. “Bavariya” həmişə favoritdir. Qalib gəlmək istəyirik".

Xatırladaq ki, hazırda Almaniya çempionatının turnir cədvəlində “Bavariya” birinci, “Bayer” ikinci yerdədir.

Xəbər xətti