"Yuventus"un forvardı: "Yeni oyun tərzi mənə daha çox yaraşır"

17:46 - 28 Sentyabr 2024

"Yuventus"un hücumçusu Duşan Vlahoviç Tyaqo Mottanın rəhbərliyi altında komandanın yeni oyun tərzinin ona daha çox uyğun olduğunu bildirib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 24 yaşlı forvard hücumçu yeni mövsümdə "qoca sinyora"nın heyətində 6 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Serbiyalı

"İndi daha yaxşıdır, meydanda öz bacarığımı daha yaxşı nümayiş etdirmək imkanım var. Çünki komandanın yeni oyun tərzi mənə daha çox yaraşır, daha çox uyğundur. Mən hər zaman baş məşqçi Massimiliano Alleqri nə desə, onu etməyə hazır idim. Heç bir problemimiz yox idi. Tyaqo mənimlə tez-tez danışır, intizam haqda danışır: sadə görünən qərarlar qəbul etməlisən, amma həmişə eyni vaxtda yatmalısan, yaxşı dincəl, kifayət qədər yat və pəhriz saxla. Mottanın dedikləri budur".

Duşa 2022-ci il yanvarın 28-də “Fiorentina”dan “Yuventus”a keçmişdi və o, 2026-cı il iyunun 30-na qədər Turin klubuna məxsusdur.

Xəbər xətti