Kamerun millisinin üzvü Azərbaycanda oynaya bilər

17:22 - 28 Sentyabr 2024

Kamerun millisinin futbolçusu Klinton Nji karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az saytına verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçi Premyer Liqanın iki klubuna təklif edilib.

Amma afrikalı Azərbaycan klubuna ən yaxşı halda qışda keçə bilər. Yayda "Sivasspor"dan ayrılaraq "Rapid"ə keçən Klinton özü də, ölkəmizdə oynamağı düşünür. Kamerunlu qışda Buxarest klubundan ayrılaraq icarə əsasında Premyer Liqamızda oynamağa müsbət yanaşır.

Hazırda isə onun meneceri iki klubumuzla danışıq aparır və maliyyə tərəflərində hansı komanda razılıq verərsə, Njinin qışda ölkəmizə gəlişi baş tuta bilər.

Kamerun millisinin üzvü “Lion”, “Tottenhem”, “Marsel”, “Dinamo”(Moskva), “Sivasspor”da oynamışdı. Onun Rumıniya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
 

Xəbər xətti