Avropa Liqası: "Qarabağ"ın legioneri liderlər sırasında

12:46 - 28 Sentyabr 2024

“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao Avropa Liqasının əsas mərhələsində top uğrunda mübarizələrdə uğurlu göstəricilərə görə liderlər sırasındadır.

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin aktivində 5 top var və bu göstərici ilə o, daha beş futbolçu ilə 3-cü yeri bölüşür.

Lider “Ferentsvaroş”un müdafiəçisi Endre Botka (8), ikinci pillədə isə “Reyncers”in müdafiəçisi Ceyms Tavernierdir (6).

Xəbər xətti