Avropa Liqası: "Zirə"nin "Şerif"lə oyunlarının yeri və saatı müəyyənləşdi

14:13 - 24 İyun 2024

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq “Zirə”nin oyunların başlama saatı və yeri müəyyənləşib. 

Sportal.az xəbər verir ki, ilk görüş iyulun 11-də Moldovada keçiriləcək.

Görüş “Şerif” İdman Klubunun arenasında baş tutacaq və oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. 

Cavab matçı isə iyulun 18-də Bakıdakı “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
 

Xəbər xətti